Rəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edəcək Aprelin 4-də, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinlərini qəbul edəcək
İKT
28 Mart , 2023 15:38
Rəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edəcək

Aprelin 4-də, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün aprelin 3-nə kimi qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi