Rəşad Nəbiyev Lənkəranda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Lənkəranda vətəndaşları qəbul edib Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.
İKT
10 Oktyabr , 2022 14:36
Rəşad Nəbiyev Lənkəranda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir.

Görüşdən öncə nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

R. Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi