Rəşad Nəbiyev: "İnsan kapitalının inkişafı üzrə müfəssəl bir sənəd hazırlanıb"

Rəşad Nəbiyev: "İnsan kapitalının inkişafı üzrə müfəssəl bir sənəd hazırlanıb" Azərbaycan universitetləri İT sahəsində 3 000-ə qədər kadr potensialı ilə təmin edir., amma bu bankların, İT şirkətlərin tələbi üçün çox azdır.
İKT
14 İyun , 2022 09:46
Rəşad Nəbiyev: İnsan kapitalının inkişafı üzrə müfəssəl bir sənəd hazırlanıb
Rəşad Nəbiyev

Azərbaycan universitetləri İT sahəsində 3 000-ə qədər kadr potensialı ilə təmin edir., amma bu bankların, İT şirkətlərin tələbi üçün çox azdır.

"Report" xəbər verir ki, bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bazarda bəlli bir boşluq var və həmin boşluğu doldurmadan məsələləri həll etmək olmaz: "Son bir ildə bazar araşdırılıb və bazarda bəlli bir tələbin olduğu müəyyən edilib".

R.Nəbiyevin qeyd edib ki, son bir ildə nazirliyin əsas məqsədi fundamental məsələləri həll etməkdir: "Azərbaycan qanunvericiliyi çərçivəsində müfəssəl bir sənəd hazırlanıb və hökumətə təqdim olunub. Ümid edirik ki, ilin sonuna qədər bu sənəd qəbul olunacaq. Məqsəd ondan ibarətdir ki, insan kapitalını inkişaf etdirmək lazımdır. Bu gün vergi və gömrük məsələləri də bu ekosistemin qurulması üçün vacibdir, amma əsas məsələ deyil. Əgər biz düşünürüksə universitetlərdə tədqiqat aparmadan startaplar yaratmaq olar, xeyir mümkün deyil. Biz startapları hər bir məqamada dəstəkləməyə hazırıq".

O bildirib ki, innovasiya ekosisteminin inkişafı üçün ‘’Paşa Holding” Şirkətlər Qrupu ilə yaradılacaq Vençur Kapitalı Fondunun ilkin kapitalı 10 milyon ABŞ dolları təşkil edəcək.

Nazir startaplarla görüşlərin davam etdirilməsini qeyd edərək vurğulayıb ki: "Bəzən investorlardan ağlasığmaz təkliflər gəlir. Deyirlər ki, investisiya yatırıram, amma onun yarısını mənə ver. Bu təbii ki, bəlkə də bilməməzlikdən, yaxud savadsızlıqdan irəli gəlir".


Son xəbərlər

Orphus sistemi