Rəşad Nəbiyev Göygöldə vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Göygöldə vətəndaşları qəbul edib Bu gün Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Göygöl şəhərində vətəndaşları qəbul edib.
İKT
22 Noyabr , 2022 14:26
Rəşad Nəbiyev Göygöldə vətəndaşları qəbul edib

Bu gün Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Göygöl şəhərində vətəndaşları qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayon, həmçinin Gəncə və Naftalan şəhər sakinləri iştirak ediblər.

Vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi