Rəşad Nəbiyev Astarada vətəndaşları qəbul edəcək
İKT
- 04 sentyabr, 2023
- 10:41
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 11-də saat 10:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lerik, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad və Astara rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qəbulda nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula sentyabrın 9-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Son xəbərlər
12:26
Sabah Bakıda 28 dərəcə isti olacaq
Digər12:26
Kurık Limanının rəsmisi: "Orta Dəhliz inkişaf etdikcə əlavə bərələrə ehtiyac duyulur"
İnfrastruktur12:23
"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb
Komanda12:22
Nazlı Yenal: Türkiyə COP29 təşəbbüsləri əsasında yüksək səviyyəli dialoq keçirməyi planlaşdırır
Ekologiya12:22
Faiq Mütəllimov: "Bir tərəfin tullantısı digər tərəf üçün istehsal xammalı ola bilər"
Energetika12:21
Bakıtkerey Alibekov: "Kurık və Bakı limanı sərnişin daşımalarının bərpasına hazırdır"
İnfrastruktur12:19
Azərbaycanın tikinti şirkətinin yığılmış zərəri 10 milyon manata çatıb
Maliyyə12:19
Əfran İsmayılov: "Sabah"ın "Mançester Yunayted"lə oyundan əvvəl istəkli olması sevindiricidir"
Futbol12:14