Rəşad Nəbiyev Abşeronda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Abşeronda vətəndaşları qəbul edib Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xırdalan şəhərində vətəndaşları qəbul edib.
İKT
14 Dekabr , 2023 14:35
Rəşad Nəbiyev Abşeronda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xırdalan şəhərində vətəndaşları qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda Zəngilan, Qubadlı, Abşeron rayonlarının və Sumqayıt şəhərinin sakinləri iştirak edib.

Onların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi