“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib Azərbaycanda xanımların informasiya texnologiyaları üzrə biliklərinin inkişafı və İKT sahəsinə marağının artırılması məqsədilə “Rəqəmli Qızlar” sosial layihəsi uğurla həyata keçirilir.
İKT
20 İyun , 2020 10:17
“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

Azərbaycanda xanımların informasiya texnologiyaları üzrə biliklərinin inkişafı və İKT sahəsinə marağının artırılması məqsədilə “Rəqəmli Qızlar” sosial layihəsi uğurla həyata keçirilir.

“Report”un Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, layihə çərçivəsində 560 məktəbli və gənc qız rəqəmli texnologiyalar üzrə təlimlərdə iştirak ediblər.

Nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təlimçiləri tərəfindən keçirilmiş iki günlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilib. Həmçinin qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olublar.

Xüsusi karantin rejimi dövründə layihə çərçivəsində onlayn formatda keçirilmiş son təlimlərə Bakı, Zaqatala, Şamaxı, Mingəçevir, Qəbələ, Ağdaş, Şabran və Xırdalan şəhərlərindən məktəbli və gənc qızlar qatılıblar. Layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO təşkilatının təşəbbüsü və maliyyə dəstəyi, İKT LAB Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Layihənin inkişafına “Regional İnkişaf” İctimai Birliyi, “Aztelekom” MMC və “WoWoman” qadınların inkişaf platforması dəstək verib. Layihə haqqında daha ətraflı məlumatı bu link (https://iktlab.az/digitalgirls/) vasitəsilə əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi