“Report”un əməkdaşları "Nar"ın keçirdiyi intellektual oyunun hər 3 yerinin qalibi olub

“Report”un əməkdaşları "Nar"ın keçirdiyi intellektual oyunun hər 3 yerinin qalibi olub Azərbaycanın seçilən mobil operatoru olan “Nar”ın 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün ənənəvi olaraq təşkil etdiyi intellektual yarışmanın qalibləri bəlli olub.
İKT
21 İyul , 2023 16:43
“Report”un əməkdaşları Narın keçirdiyi intellektual oyunun hər 3 yerinin qalibi olub

Azərbaycanın seçilən mobil operatoru olan “Nar”ın 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün ənənəvi olaraq təşkil etdiyi intellektual yarışmanın qalibləri bəlli olub.

Azərbaycanın regionlarının birində təşkil edilən yarışın hər 3 yerinin qalibi “Report”un əməkdaşlarının yer aldığı komandalar olub.

Belə ki, 20-dən çox media orqanını təmsil edən jurnalistlər 7 komandada biliklərini yarışdırıblar. Bu ilki yarışmada iştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. Bununla yanaşı, komanda quruculuğu oyunları ilə media nümayəndələrinin bir-biri ilə daha yaxından tanışolma fürsəti olub.

Qaliblərin seçimi zamanı həm intellekt yarışının xalları, həm də komanda quruculuğu oyununun nəticələri nəzərə alınıb. Nəticə etibarilə, yarışda qalibiyyəti “Ziya” komandası qazanıb, “Yeni Həyat” komandası 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

“Report”un xarici siyasət şöbəsinin redaktoru Viktoriya Lebedeva “Ziya” komandasında, baş redaktoru Murad Əliyev “Yeni Həyat” komandasında və tərcümə şöbəsinin əməkdaşı Cavid Məmmədov isə “Molla Nəsrəddin” komandasında qaliblər sırasında yer alıblar.

“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir.

Son xəbərlər

Orphus sistemi