Rəhim Bayramlı: "Qarabağ Universitetində təhsil alacaq tələbələrin startapları bizim üçün maraqlıdır"

Rəhim Bayramlı: "Qarabağ Universitetində təhsil alacaq tələbələrin startapları bizim üçün maraqlıdır" Qarabağ Universitetində təhsil alacaq tələbələrin, azad olunmuş ərazilərdə sahibkarların startapları SABAH.HUB İnnovasiya mərkəzi üçün maraqlıdır.
İKT
27 İyun , 2024 13:45
Rəhim Bayramlı: Qarabağ Universitetində təhsil alacaq tələbələrin startapları bizim üçün maraqlıdır

Qarabağ Universitetində təhsil alacaq tələbələrin, azad olunmuş ərazilərdə sahibkarların startapları SABAH.HUB İnnovasiya mərkəzi üçün maraqlıdır.

“Report”un məlumatına görə, bunu mərkəzin baş icraçı direktoru Rəhim Bayramlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, SABAH.HUB-ın işğaldan azad olunan ərazilərdə fəaliyyəti nəzərdə tutulur: "İnsanlar haradadırsa, bacarıqlar harada varsa, biz də orada olacağıq. Bildiyiniz kimi yaxın vaxtlarda Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Buradakı tələbələr də diqqətimizdə olacaq".

İnnovasiya mərkəzi 25 milyon ABŞ dolları dəyərində olan SABAH vençur fondunu yaradıb.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamla, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Son xəbərlər

Orphus sistemi