Regional Rabitə Birliyinin Operatorlar Şurasının iclası keçirilib

Regional Rabitə Birliyinin Operatorlar Şurasının iclası keçirilib Regional Rabitə Birliyinin (RRB) sayca 41-ci iclası daha geniş tərkibdə üzv dövlətlərdə fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri və informasiya təhlükəsizliyi sahəsində çalışan ekspertlərin iştirakı ilə keçirilib.
İKT
22 Sentyabr , 2021 11:40
Regional Rabitə Birliyinin Operatorlar Şurasının iclası keçirilib
Samir Məmmədov

Regional Rabitə Birliyinin (RRB) sayca 41-ci iclası daha geniş tərkibdə üzv dövlətlərdə fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri və informasiya təhlükəsizliyi sahəsində çalışan ekspertlərin iştirakı ilə keçirilib.

Bu barədə “Report” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, mövcud pandemiya səbəbindən onlayn formatda baş tutan görüşdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin Baş direktoru vəzifəsini icra edən Samir Məmmədov təmsil edib.

İclasda pandemiya dövründə üzv dövlətlərdə rəqəmsal iqtisadiyyat proqramlarının həyata keçirilməsində operatorların fəaliyyət sahələri, qarşıya qoyulan vəzifələr və onların həllinin əsas prioritetləri müzakirə predmeti olub.

Eyni zamanda, rabitə sahəsində dələduzluğa qarşı birgə mübarizə üsulları, telekommunikasiya şəbəkələrində fırıldaqçılıq ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı mövcud qanunvericilik aktları, habelə onların fəaliyyətində gəlir itkisinin hesablanması üçün müvafiq metodologiya mövzuları və digər məsələlər müzakirə edilib.

İclasda ötən ilin nəticələri qiymətləndirilib, Regional Rabitə Birliyinin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 42-ci iclasının yeri, vaxtı və gündəliyi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi