Rasim Əliquliyev: “Normativ-hüquqi sənədlər elmi müəssisələrə problem yaradır"

Rasim Əliquliyev: “Normativ-hüquqi sənədlər elmi müəssisələrə problem yaradır" 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 7 elmi müəssisəsi müqavilələr üzrə 341 min manatlıq iş görüb.
İKT
27 Aprel , 2022 13:06
Rasim Əliquliyev: “Normativ-hüquqi sənədlər elmi müəssisələrə problem yaradır
Rasim Əliquliyev

2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 7 elmi müəssisəsi müqavilələr üzrə 341 min manatlıq iş görüb.

“Report” xəbər verir ki, bunu Akademiyanın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev bildirib.

"Niyə bu qədər az? Çünki mövcud normativ-hüquqi sənədlər elmi müəssisələrə, onların innovativ fəaliyyətinə ciddi problemlər yaradırlar. Bəzən mövcud olmayan müqavilələr haqqında əvvəlcədən smeta tələb olunur. Qazanılmış məbləğ növbəti ilə keçirilə bilmir, avtomatik olaraq dövlət büdcəsinə köçürülür. Tenderlərdə iştirak üçün vəsait nəzərdə tutulmur. Qazanılan məbləğin xərclənməsində sərbəstlik yoxdur. Bu problemlərdən yan keçmək üçün bəzən müxtəlif üsullardan, qeyri0-qanuni fəaliyyət mexanizmlərindən istifadə edilir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi