Ramin Quluzadə Tovuzda vətəndaşları qəbul edəcək

Ramin Quluzadə Tovuzda vətəndaşları qəbul edəcək Qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak edə bilər
İKT
6 Sentyabr , 2017 13:04
Ramin Quluzadə Tovuzda vətəndaşları qəbul edəcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 8-də, saat 12:30-da Tovuz şəhərində vətəndaşları qəbul edəcək. 

“Report”a daxil olan məlumata görə, qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak edə bilər.

Müraciətlər əsasən göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı ola bilər.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 16 55 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefonla (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi