Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Latviya səfiri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Latviya səfiri ilə görüşüb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.
İKT
16 Yanvar , 2020 16:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Latviya səfiri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.

“Report” bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ölkələrimiz arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, bu il Azərbaycanda keçiriləcək 26-cı “Bakutel-2020” Telekomunikasiya, Innovasiya və Yüksək Texnologiyalar sərgisində Latviya pavilonu adı altında ölkənin innovasiya sahəsində nüfuzlu şirkətlərinin və startapların təmsil olunacağı əsas müzakirə mövzusu olub.

Eyni zamanda hava daşımaları, dəniz və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Son xəbərlər

Orphus sistemi