Azərbaycanda "e-Gov identity" xidməti işə salınıb

Azərbaycanda "e-Gov identity" xidməti işə salınıb Vətəndaş heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək
İKT
3 Noyabr , 2015 16:24
Azərbaycanda e-Gov identity xidməti işə salınıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron Hökumət” portalında “e-Gov mobil identifikasiya vasitəsi” elektron xidmətini istifadəyə verib.

Nazirlikdən "Report"a daxil olan xəbərə görə, “E-Gov mobil identifikasiya vasitəsi” - “e-Gov identity” sisteminə giriş üçün vətəndaşın mobil telefon nömrəsi üzrə FİN-i tanıma rolunu oynayır.

“e-Hökumət” portalına girişi təmin etmək üçün sadələşdirilmiş autentifikasiya vasitələrindən hər hansı birindən istifadə edərək vətəndaş portala daxil olaraq yaradılmış xidmət vasitəsilə “e-identity”yə qoşula bilər.

Bu zaman vətəndaş heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər “e-Hökumət” portalına, istərsə də xidmətin inteqrasiya edildiyi digər portallara giriş əldə edə biləcək.

Portala daxil olan vətəndaş hazırlanmış interfeysdən istifadə edərək adına olan mobil telefon nömrəsini FİN-ə qoşaraq prosesi tamamlamış olacaq. Bunun üçün SMS vasitəsilə aktivasiya edərək təyin edilmiş identifikasiya kodunu əldə edəcək.

Bundan sonra vətəndaş “e-Gov identity” identifikasiya istifadə edilən bütün sistemlərdən rahat istifadə edə bilər.

Son xəbərlər

Orphus sistemi