Qusarın Qarakənd kəndində yeni elektron ATS istifadəyə verilib

Qusarın Qarakənd kəndində yeni elektron ATS istifadəyə verilib Qusar. 16 fevral. REPORT.AZ/ Qusar rayonunun Qarakənd kəndində yeni elektron ATS istifadəyə verilib. 
İKT
16 Fevral , 2018 16:31
Qusarın Qarakənd kəndində yeni elektron ATS istifadəyə verilib
Report

Qusar. 16 fevral. REPORT.AZ/ Qusar rayonunun Qarakənd kəndində yeni elektron ATS istifadəyə verilib. 

"Report"un Şimal bürosunun məlumatına görə, 80 nömrəlik ATS-ə Qusar çayının sağ sahilindən 2400 metr hissəsi yeraltı olmaqla uzunluğu 4100 metr fiberoptik kabel çəkilib. 

Eyni zamanda internetin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Qusar şəhər elektron ATS-lərində 7, kənd elektron ATS-lərində isə 31 ədəd müasir JUNİPER avadanlıqlar, Yeni Həyat kəndində çöl tipli müasir 60 nömrəlik elektron şkaf quraşdırılıb. Şəhər sahəsində, ümumilikdə, 17 km, kənd sahəsində isə, ümumilikdə, 35 km məsafədə xətlər təmir olunub.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda İKT infrastrukturunun təkmilləşdirilməsi, telekommunikasiya xidmətlərinə olan tələbatın təmin olunması üçün bir sıra layihələr həyata keçirir. Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb. Ötən il Qusar şəhərində və kəndlərində 485 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 600 nəfər artım qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi