Qunnar Panke: "Nar"ın mobil ödənişlərlə bağlı planları var"

Qunnar Panke: "Nar"ın mobil ödənişlərlə bağlı planları var" Nar ın mobil ödənişlərlə bağlı planları var.
İKT
22 Avqust , 2019 15:45
Qunnar Panke: Narın mobil ödənişlərlə bağlı planları var

"Nar" ın mobil ödənişlərlə bağlı planları var.

"Report" xəbər verir ki, bunu "Azerfon"un (Nar) baş icraçı direktoru Qunnar Panke bu gün "Nar"ın 2019-cu ilin I yarısında gördüyü işlərə həsr olunmuş tədbirdə bildirib.

G.Panke bildirib ki, hazırda mobil ödənişlər "Nar mobile" üçün prioritet deyil: "Bazarın ekosistemi buna istiqamətlənmiş olmalıdır".

O əlavə edib ki, smartfonların imkanları da genişlənməlidir.

"Nar"mobile -ın Kommersiya üzrə direktoru Qəhrəman Kazımov bildirib ki, şirkət 2019-cu ildə 44 300 yeni müştəri cəlb edib: "Bu göstərici ötən ilin altı ayı ilə müqayisədə 11% artım deməkdir. Bu müştərilərdən 390-nı korporativ müştəridir. Yəni 2019-cu ildə 390 yeni şirkət bizim müştəri olub. Bu ötən dövr ilə müqaisədə 150% artım deməkdir. Biz korporativ şəbəkənin genişlənməsi üçün müəyyən tədbirlər həyata keçiririk".

Orphus sistemi