Qlobal iqtisadiyyatlarda süni intellektin həcmi 15,7 trilyon dollara çatacaq

Qlobal iqtisadiyyatlarda süni intellektin həcmi 15,7 trilyon dollara çatacaq 2030-cu ilə qədər qlobal iqtisadiyyatlarda süni intellekt texnologiyasının həcmi 15,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir.
İKT
9 Aprel , 2022 15:45
Qlobal iqtisadiyyatlarda süni intellektin həcmi 15,7 trilyon dollara çatacaq

2030-cu ilə qədər qlobal iqtisadiyyatlarda süni intellekt texnologiyasının həcmi 15,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Süni İntellekt Siyasətləri Dərnəyinin sədri Zəfər Küçükşabanoğlu deyib.

Onun sözlərinə görə, süni intellekt texnologiyası 95 milyon yeni iş yeri yaratması gözlənilirkən, 85 milyon iş yerinin ləğv olunmasına səbəb olacaq. Hazırda cəmiyyətin 5 %-i, müəssisələrin isə 35 %-i süni intellekt texnologiyasını düzgün anlaya bilir. Ancaq müəssisələrin yalnız 17 %-i süni intellektdən istifadə edir.

“Biznes sahibləri böyük investisiya tələb oluna biləcəyini düşünürlər. Süni intellekt enerjidən kənd təsərrüfatına qədər hər sahəyə təsir edəcək. Makro bizneslər süni intellekti prioritet hesab etsələrdə, hələ ki, onun tətbiqi gündəmdə deyil”.

Son xəbərlər

Orphus sistemi