“PlayStation 5”in dizaynı internetə sızdırılıb

“PlayStation 5”in dizaynı internetə sızdırılıb “PlayStation 5” oyun konsolunun dizaynı internetə sızdırılıb.
İKT
17 Yanvar , 2020 15:40
“PlayStation 5”in dizaynı internetə sızdırılıb

“PlayStation 5” oyun konsolunun dizaynı internetə sızdırılıb.

“Report” "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə @Alcoholikaust adlı insayder “Twitter” hesabında məlumat paylaşıb.

O, “Sony”nin cihazın yekun dizaynını hələ ki rəsmi olaraq təsdiqləmədiyini yazıb. Bununla belə, insayder əldə etdiyi sxemin yekun variant olmasına əmin deyil. İzləyiciləri isə istehza ilə dizaynın “X” hərfini xatırlatdığına görə onun “Xbox” cihazına daha çox yaraşacağını qeyd ediblər.

Xatırladaq ki, 2019-cu ilin dekabrında insayder @PSErebus “PlayStation 5”in satışa başlanma tarixini internetə sızdırmışdı. Onun məlumatına görə, oyun konsolunu 2020-ci ilin may ayından etibarən sifariş etmək mümkün olacaq. 2020-ci ilin noyabr ayında isə cihaz satışa çıxacaq.

Son xəbərlər

Orphus sistemi