Pam Melroy: "NASA insanları təhlükəsiz şəkildə kosmosa göndərməsini təkmilləşdirib"

Pam Melroy: "NASA insanları təhlükəsiz şəkildə kosmosa göndərməsini təkmilləşdirib" ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) insanları təhlükəsiz şəkildə kosmosa göndərməsini təkmilləşdirib.
İKT
3 Oktyabr , 2023 13:32
Pam Melroy: NASA insanları təhlükəsiz şəkildə kosmosa göndərməsini təkmilləşdirib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) insanları təhlükəsiz şəkildə kosmosa göndərməsini təkmilləşdirib.

"Report" xəbər verir ki, bunu NASA-nın administratoru müavini Pam Melroy bu gün Bakıda keçirilən "74-cü Beynəlxalq Astronavtika Konqresi"nin ikinci günündə baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, "Apollo" - NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsi hesabına mümkün olub:

"Apollo" layihəsi çərçivəsində biz insanları təhlükəsiz şəkildə kosmosa necə göndərə biləcəyimizi təkmilləşdirdik və bu layihə bizə çox şey qazandırdı".

O, "Apollo" və "Artemis" Ay proqramının missiyalarının fərqli olduğunu açıqlayıb.

P.Melroy vurğulayıb ki, "Artemis" Ay proqramı insanın Ay səthində daha uzun müddət qalmasını, araşdırma aparmasını təmin etməyə yönəldilib: "Söhbət daha dərin və genişmiqyaslı müşahidələrdən gedir. Hazırda biz kosmik stansiyada bir sıra işlər görürük və bu proseslər davam etdirilir".

NASA rəsmisi bildirib ki, "Artemis" layihəsinə qoşulan ölkələr öz töhfəsini verərək liderliyini qorumağa çalışır: "Bir il əvvəl layihəyə imza atan tərəflər bu məsələləri müzakirə etmək üçün üz-üzə gəlmişdilər. Yaxın növbəti ildə biz bir sıra yeniliklər planlaşdırırıq. Biz çalışırdıq ki, paylaşılan məlumatlar düzgün və genişmiqyaslı olsun. Bunun üçün BMT-nin Kosmik məsələləri üzrə İdarəsini əməkdaşlıq üçün seçdik və onlarla sıx işgüzar münasibətlər qurduq. Biz razılaşdıq ki, işçi qrupları informasiya mübadiləsi, həmçinin qarşılıqlı şəkildə texniki məsələlərin müzakirəsini aparsın. Bu, Ay səthində aparılan araşdırmaların, əldə edilən məlumatların ötürülməsini də əhatə edir. Biz bu missiyada iştirakımızla qürur duyuruq".

Son xəbərlər

Orphus sistemi