Ötən il Naxçıvanda 4,5 minə yaxın ev təsərrüfatı genişzolaqlı internetə çıxış əldə edib

Ötən il Naxçıvanda 4,5 minə yaxın ev təsərrüfatı genişzolaqlı internetə çıxış əldə edib Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə 4 500-ə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.
İKT
13 Yanvar , 2024 15:40
Ötən il Naxçıvanda 4,5 minə yaxın ev təsərrüfatı genişzolaqlı internetə çıxış əldə edib

Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə 4 500-ə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Bu barədə “Report”a muxtar respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ötən il 1 500-dən artıq ev təsərrüfatı sabit şəbəkə telefon xətti ilə təmin olunub. Artan tələbat fonunda əhalinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Xok kəndində müasir avadanlıqlar quraşdırılıb və paylayıcı şəbəkə yenilənib.

Hesabat dövründə muxtar respublikada dövlət və özəl qurumlara, kənd xidmət mərkəzlərinə və təhsil müəssisələrinə, ümumilikdə, 40 min metrə yaxın müxtəlif lifli fiber-optik kabel xətləri çəkilib.

“Naxçıvanpoçt” publik hüquq şəxs tərəfindən 2023-cü ildə 135 min kq-dan artıq poçt bağlaması qəbul edilib və göndərilib.

Nazirliyin tabe qurumu “Dövlət Nəqliyyat Xidməti” publik hüquq şəxs tərəfindən il ərzində artan sərnişin sıxlığını nəzərə alaraq şəhərdaxili nəqliyyata və Xok-Naxçıvan marşrut xətlərinə əlavə avtobuslar salınıb. Ötən ilin noyabr ayından etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə reyslərin sayı 4-ə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi