“OpeanAI” şirkətinin generativ süni intellekt (Sİ) çatbotu “ChatGPT” indi qeydiyyatsız da əlçatandır.
“Report” xəbər verir ki, bu barədə şirkətin
“Bu gündən qeydiyyatdan keçmədən “ChatGPT”dən dərhal istifadə edə bilərsiniz”, – “OpenAI” diqqətə çatdırıb.
Şirkət həmçinin “ChatGPT”yə göndərilən sorğular haqqında verilənlərin toplanmasının dayandırılması üçün bir seçim əlavə etdiyini açıqlayıb. O, çatbotun imkanlarını inkişaf etdirmək üçün həyata keçirilir. İndi həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçilər onu söndürə bilər.
Bundan başqa, çatbotun yaratdığı məzmunlarla bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, buraya həm də əngəllənməli kontentlərin siyahısının genişləndirilməsi aiddir.
Xatırladaq ki, “OpenAI” təşkiltatı 2015-ci ilin dekabrında yaradılıb, onun həmtəsisçiləri Sem Oltmen və sahibkar İlon Mask olub. Ötən ilin noyabrında Oltmen “Microsoft”un (“OpenAI”in səhmlərinin 49 faizinə sahibdir) təşkilatın idarə heyətində səs hüququ olmayan müşahidəçi mövqeyini tutacağını açıqlayıb. Eyni ayın 17-də “OpenAI” heç bir əsas göstərmədən Oltmeni vəzifəsindən kənarlaşdırıb ki, bu da investor və əməkdaşların etirazına səbəb olub. Nəticədə o vəzifəsinə qaytarılıb.