“Onlayn Azərbaycan” layihəsinin icrası üzrə son rəqəmlər açıqlanıb

“Onlayn Azərbaycan” layihəsinin icrası üzrə son rəqəmlər açıqlanıb Son 3 ildə Azərbaycanda 2 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.
İKT
12 Yanvar , 2024 17:54
“Onlayn Azərbaycan” layihəsinin icrası üzrə son rəqəmlər açıqlanıb

Son 3 ildə Azərbaycanda 2 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, qurumun həyata keçirdiyi "Onlayn Azərbaycan” layihəsi çərçivəsində ötən il ölkədə 1,1 milyondan artıq ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bununla da, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 66 %-i genişzolaqlı internetlə əhatə olunub.

2017-2020-ci illərdə 227 min, 2021-2023-cü illərdə isə 1 milyon 689 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə edib. Bu, əvvəlki 4 illə müqayisədə 7,4 dəfə çox deməkdir.

Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi