Məlumat Hesablama Mərkəzi kibertəhlükəsizlik avadanlığı alır

Məlumat Hesablama Mərkəzi kibertəhlükəsizlik avadanlığı alır Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi informasiya sistemlərinin kibertəhdidlərdən qorunması məqsədi ilə təhlükəsizlik avadanlıqlarının satın alınmasıüçün açıq tender elan edib.
İKT
22 İyul , 2020 09:17
Məlumat Hesablama Mərkəzi kibertəhlükəsizlik avadanlığı alır

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi informasiya sistemlərinin kibertəhdidlərdən qorunması məqsədi ilə təhlükəsizlik avadanlığının satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 800 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 13-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 21-i, saat 18:00-a qədər dövlət satınalmalarının vaghid internet portalı vasitəsilə təqdim edə bilərlər. 

Tenderin nəticəsi avqustun 24-də, saat 11:00-da portalda açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi