2026-cı ildə növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (İAC2023) çərçivəsində nümayiş etdirilən stendlərin mükafatlandırılma mərasimində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
“Azərkosmos”un sərgi pavilyonunda keçirilən tədbirdə S. Əsədov bütün tədbir iştirakçılarına və sponsorlara təşəkkürünü bildirib. Mükafata Səudiyyə Ərəbistanı, İtaliya Kosmik Agentliyi (ən innovativ stend), Çin Astronavtlar Assosiasiyası, “Airbus” şirkətinin nümayəndələri (ən kreativ), Yaponiyanın JAXA Kosmik Agentliyi, Polşa Kosmik Agentliyi (ən fəal), Milanın “Plan-S” şirkəti, Türkiyə Kosmik Agentliyi (ən işgüzar) stend olaraq mükafatlandırılıblar.
Qeyd edək ki, məhz bu gün yəni oktyabrın 6-da 2026-cı ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi ölkənin seçimi baş tutmalı idi.