"Nokia"nın yeni telefonları haqqında məlumatlar yayılıb

"Nokia"nın yeni telefonları haqqında məlumatlar yayılıb “Nokia Swan”ın maraqlı xüsusiyyəti isə çərçivəsinin işıqlı olmasıdır
İKT
21 Avqust , 2015 14:45
Nokianın yeni telefonları haqqında məlumatlar yayılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Tanınmış telefon istehsalçısı olan “Nokia” şirkəti tezliklə telefon istehsalını bərpa edəcək.

“Report”un verdiyi xəbərə görə, “Microsoft” Korporasiyası ilə olan razılaşmaya əsasən, “Nokia” bir neçə ildir ki, “Windows phone”lardan başqa telefon istehsal etmirdi. Bu ilin əvvəlində həmin razılaşmanın vaxtı bitib və “Nokia”nın yeni telefon istehsalına başlayacağı gözlənilir. İlk modelin isə “Android” sistemli “Foxconn” olacağı deyilir.

Son günlər “Nokia”nın yaxın zamanlarda istehsal edəcəyi telefonlardan bəzilərinin dizayn və detalları haqqında ictimaiyyətə məlumatlar verilir. Diqqətçəkən dizayn “Nokia Swan” adlanan modelə aiddir. Cihaz 42 MP-lik kameraya, 128 GB-lıq yaddaşa və 4 nüvəli prosessora sahib olmasıdır.

“Nokia Swan”ın maraqlı xüsusiyyəti isə çərçivəsinin işıqlı olmasıdır, ekranı isə 5,5 düymdür.

İndi isə bütün ictimaiyyəti maraqlandıran məsələ “Nokia”nın bu və başqa dizaynlara sahib telefonları nə vaxt istehsal edəcəyidir.

Son xəbərlər

Orphus sistemi