“NEQSOL Holding”in Ukraynada törəmə şirkətinin gəlirləri və mənfəəti 20% artıb

“NEQSOL Holding”in Ukraynada törəmə şirkətinin gəlirləri və mənfəəti 20% artıb “NEQSOL Holding”in tərkibinə daxil olan Vodafone Ukrayna telekommunikasiya şirkəti 2021-ci ilin 2-ci rübündə maliyyə göstəricilərini yaxşılaşdırıb. “Report” xəbər verir ki, “Vodafone Ukrayna” şirkətlər qrupunun gəlirləri 2021-ci ilin aprel-iyun aylarında
İKT
2 Sentyabr , 2021 15:16
“NEQSOL Holding”in Ukraynada törəmə şirkətinin gəlirləri və mənfəəti 20% artıb

“NEQSOL Holding”in tərkibinə daxil olan Vodafone Ukrayna telekommunikasiya şirkəti 2021-ci ilin 2-ci rübündə maliyyə göstəricilərini yaxşılaşdırıb.

“Report” xəbər verir ki, “Vodafone Ukrayna” şirkətlər qrupunun gəlirləri 2021-ci ilin aprel-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq, 4,9 milyard qrivna təşkil edib.

Şirkətin digər maliyyə göstəriciləri də artım nümayiş etdirib. OIBDA (amortizasiyadan əvvəlki əməliyyat mənfəəti) göstəricisi 31% artaraq 2,8 milyard qrivna təşkil edib. OIBDA marjası isə 52,6%-dən 57,9%-dək artıb. Şirkətin maliyyə hesabatlarına əsasən, həmin dövrdə şirkətin xalis mənfəəti 20% artaraq 1,2 milyard qrivna təşkil edib.

Artımın əsas amili səs və data tarifləri üzrə rabitə xidmətlərinin istehlakının artması olub. Həmçinin, rouminq gəlirlərinin tədricən bərpa olunması ümumi gəlirlərin artımına müsbət təsir göstərib. 2021-ci ilin 2-ci rübündə Vodafone Ukrayna şirkətinin abunəçilərinə göstərdiyi rouminq xidmətlərindən gəliri 22% artıb, istehlak artımı isə keçən ilin 3-cü rübü ilə müqayisədə 57% təşkil edib.

Vodafone Ukrayna Əşyaların İnterneti (IoT) əsasında olan xidmətlərə tələbatın artımını da qeyd edir, belə ki, IoT istifadəçilərinin sayı il ərzində 30% artıb.

2021-ci ilin 2-ci rübündə şirkətin kapital qoyuluşları 584 milyon qrivna təşkil edib və əsasən yüksək sürətli İnternet infrastrukturunun inkişafına yönəlib.

4G şəbəkələrinin inkişafı və data istifadəçilərinin sayının artması istiqamətində səylərin nəticəsində, ötən ilin müvafiq dövrü ilə müqayisədə data xidmətlərinin istehlakının artmasında öz əksini tapıb. Buna müvafiq olaraq, ARPU (bir istifadəçi üzrə orta gəlir) göstəricisi də 21% artıb.

Vodafone Ukrayna şirkətinin müştəri bazası sabit qalaraq 18,9 milyon nəfər təşkil edib.

NEQSOL Holding 2019-cu ilin dekabr ayında Vodafone Ukrayna şirkətinin alınmasını tamamlayıb. NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

Son xəbərlər

Orphus sistemi