“NEQSOL Holding”dən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat dəstək

“NEQSOL Holding”dən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat dəstək Ölkənin ərazi bütövlüyü uğrunda mübarizəsi şəraitində, “NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.
İKT
2044
2 Oktyabr , 2020 14:50
“NEQSOL Holding”dən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat dəstək

Ölkənin ərazi bütövlüyü uğrunda mübarizəsi şəraitində, “NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.

Holdinqin tərkibində olan şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 1 mln manat məbləğində vəsait köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsis olunub. Fondun maliyyə mənbəyi ölkədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

"NEQSOL Holding"in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir.

Son xəbərlər

Orphus sistemi