Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşəcək Bakı. 5 dekabr. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Salyan şəhərində dekabrın 8-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dekabrın 15-nə keçirilib.
İKT
5 dekabr 2017 06:45
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Salyan şəhərində dekabrın 8-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dekabrın 15-nə keçirilib.

“Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, həmin tarixdə saat 12:30-da nazir R.Quluzadə Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar mincom@mincom.gov.az e-poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Orphus sistemi