Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək Bakı. 25 iyun. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək.
İKT
25 İyun , 2018 17:54
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək. 

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edə bilər.

Vətəndaşlar göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlər edə bilər.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi