Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb
İKT
19 Mart , 2021 23:53
Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama
0 : 00
0 : 00

Bu gün saat 21.00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, yaranan problem lokal deyil, qlobal xarakter daşıyıb.

Qeyd olunub ki, dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22.00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində Feysbuka məxsus İnstaqram sosial şəbəkəsində və “WhatsApp” mesencerinin işində problemlər yaranıb.

Son xəbərlər

Orphus sistemi