Nazirlik rəsmisi: “Bütün şəhərlərimizdə yüksək sürətli internet olacaq”

Nazirlik rəsmisi: “Bütün şəhərlərimizdə yüksək sürətli internet olacaq” “Yaxın illərdə Azərbaycanda bütün şəhərlər yüksək sürətli internetlə təmin ediləcək”.
İKT
142
15 Mart , 2022 12:16
Nazirlik rəsmisi: “Bütün şəhərlərimizdə yüksək sürətli internet olacaq”

“Yaxın illərdə Azərbaycanda bütün şəhərlər yüksək sürətli internetlə təmin ediləcək”.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə açıqlamasında deyib.

“5G texnologiyalarından istifadə də qarşıya hədəf kimi qoyulub. Rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün müəyyən amillər gərəkdir. Bura rəqəmsal infrastrukturun təmin edilməsi, yüksək sürətli, əlçatan internetin ölkəmizi tam olaraq əhatə etməsi daxildir ki, qarşımıza hədəf qoymuşuq. Bu sahədə kifayət qədər işlər görülüb. Rəqəmsal iqtisadiyyatın inkişafı üçün digər məsələlər maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, ventur kapitalı, həmçinin startapların maliyyələşdirilməsi üçün müvafiq şəraitin yaradılmasıdır”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi