"Azərbaycanda bu ay baş vermiş yanğınların tədbiq edilməsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") böyük rolu oldu.
"Report" xəbər verir ki, bunu nazir müavini Rövşən Rüstəmov bildirib.
"Kosmik monitorinqlər nəticəsində həm miqyası qiymətləndirmək, həm də gedişatı proqnozlaşdırmaq mümkün oldu", - deyə o, qeyd edib.
Nazir müavininin sözlərinə görə, Avropada da son 15 ilin rekord meşə yanğınları qeydə alınıb və təxminən 700 min hektar meşə ərazisi yanıb: "Azərbaycanda isə 5 300 hektar ərazidə yanğın olub ki, onun da 1 600 hektarı meşə ərazisi olub".
O, həmçinin deyib ki, Azərbaycanın digər regionlarında olduğu kimi Laçın rayonunda baş verən yanğınlar da nəzarətdə saxlanılır, "Azərkosmos" müşahidələri il boyu davam etdirir.