Nazir müavini: “Türkiyə Azərbaycan startaplarının genişlənməsində maraqlıdır”

Nazir müavini: “Türkiyə Azərbaycan startaplarının genişlənməsində maraqlıdır” “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən “Take off” Startap sammitində finalçı olan 50 startapla birlikdə olduq”.
İKT
8 İyun , 2022 16:15
Nazir müavini: “Türkiyə Azərbaycan startaplarının genişlənməsində maraqlıdır”

Türkiyə Azərbaycan startaplarının genişlənməsində maraqlıdır.

“Report” xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” və bu festival çərçivəsində keçirilən “Take off” startap summiti ilə bağlı fikirlərini bölüşən Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır deyib.

Onun sözlərinə görə, "TEKNOFEST Azərbaycan" çərçivəsində baş tutan "Take off" startap sammiti çox əhəmiyyətli tədbirdir: “Çünki dünyanı texnologiya şirkətləri, texnologiya startapları idarə edir. Biz xüsusilə Türkiyəyə dost və qardaş Azərbaycanın startaplarının və dünyada cəmiyyətin xeyrinə çalışan bütün startapların işlərini böyütməsini, investorlarla görüşməsini və bu sahədə problemlərə həll təqdim etməsini çox qiymətli hesab edirik"

M.F.Kacır növbəti “Take off”un İstanbulda keçiriləcəyini əlavə edib: “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən “Take off” startap sammitində finalçı olan 50 startapla birlikdə olduq. Çox fərqli ölkələrdən, fərqli fikirlərlə, fərqli məsələlərə fərqli həllər təklif etmiş, xüsusilə də gənclərin qurduğu startapları burada tanımış olduq. İnvestorlar və sahibkarlar burada görüşdülər”

O, inanır ki, “Take off” yeni əməkdaşlıqlara vəsilə olacaq və buradan çox uğurlu startap hekayəsi yaranacaq: “Növbəti “Take off” İstanbulda keçiriləcək. Bu il, azərbaycandakı “Take off” 2018-ci ildən bu tərəfə düzənlədiyimiz 4-cü belə tədbirdir və 5-cini də 2022-ci ildə İstanbulda keçirəcəyik”.

Xatırladaq ki, mayın 26-29-da Azərbaycanda "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçirilib. Festivala 300 mindən çox izləyici qatılıb.

Son xəbərlər

Orphus sistemi