Nazir müavini: "myGov" portalına artıq 40-dan çox şəxsi məlumat daxil edilib"
- 10 oktyabr, 2024
- 09:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda "myGov" elektron hökumət portalının 600 min istifadəçisi var.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
"Onlar vacib həyati hadisələri - valideyn olmaq, nikah, hər hansı ailə üzvünün vəfatı kimi hadisələrdə lazımi işləri rəqəmsal şəkildə həyata keçirə bilirlər. Həmçinin rəqəmsal şəxsiyyət vəsiqələri, nikah, doğum və ölüm sənədləri də daxil olmaqla 40-dan çox şəxsi məlumat "myGov"da mövcuddur", - S. Məmmədov bildirib.
Onun sözlərinə görə, ilin sonuna kimi vətəndaşların istifadə etdiyi fiziki xidmətlərin 15 %-nin "myGov" portalı vasitəsilə rəqəmsal formata keçirilməsi nəzərdə tutulub.