Nazir müavini: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq"

Nazir müavini: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq" COP29 ölkəsi kimi Azərbaycanın dayanıqlı rəqəmsal və innovativ həlləri təşviq edərək həyata keçirməsi xüsusi önəm kəsb edir:
İKT
30 Sentyabr , 2024 15:47
Nazir müavini: KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq

COP29 ölkəsi kimi Azərbaycanın dayanıqlı rəqəmsal və innovativ həlləri təşviq edərək həyata keçirməsi xüsusi önəm kəsb edir:

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "KOB-ların Rəqəmsallaşma proqramı"nın təqdimat mərasimində bildirib.

"Xüsusilə rəqəmsal hökumət quruculuğunda Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminin verdiyi imkanlar proseslərin səmərəliliyinin artırılması və ətraf mühitə ziyanın minimuma endirilməsini təmin edir. RSD-dən istifadə etməklə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi nəticəsində aylıq 500 mindən çox vərəqə qənaət edilir. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir. Dövlət orqanları və tabeli altqurumlar da nəzərə alınmaqla altsistemə hazırda 1 700-dən çox qurum inteqrasiya olunub".

Nazir müavini vurğulayıb ki, Azərbaycanda rəqəmsallaşmanın dinamik tempi beynəlxalq reytinqlərdə də əksini tapıb:

"Belə ki, ən son açıqlanan BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) hesabatında Azərbaycan rəqəmsal inkişaf reytinqində tarixi rekorda nail olub. Ölkəmiz 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib. Bununla da Azərbaycan yaxın tarixində bir ilkə imza atıb. İndeksin ən yuxarı mövqelərində "Very High EGDI", yəni çox yüksək göstəriciyə sahib olan və inkişaf etmiş ölkələrin də yer aldığı kateqoriyaya daxil olub. KOB-ların rəqəmsallaşması proqramının icrası da növbəti EGDI hesabatında Azərbaycanın müvafiq göstəricilərinin artmasına öz müsbət təsirini göstərəcək. KOB-larda rəqəmsallaşmanın səviyyəsi artdıqca, onlayn dövlət xidmətlərindən daha çox istifadə ediləcək. Onlayn dövlət xidmətləri isə EGDI indeksinin bir komponentidir".

Son xəbərlər

Orphus sistemi