Nazir müavini: "İşğaldan azad edilmiş ərazilərdə rabitə xidmətinə çıxış təmin edilib"

Nazir müavini: "İşğaldan azad edilmiş ərazilərdə rabitə xidmətinə çıxış təmin edilib" Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış təmin edilmiş məntəqələrdə və iş yerlərində, binalarda, təhsil və səhiyyə mərkəzlərində rabitə xidmətlərinə çıxış təmin edilib.
İKT
7 Mart , 2024 11:37
Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə rabitə xidmətinə çıxış təmin edilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış təmin edilmiş məntəqələrdə və iş yerlərində, binalarda, təhsil və səhiyyə mərkəzlərində rabitə xidmətlərinə çıxış təmin edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Texnologiya və innovasiyalar" işçi qrupunun rəhbəri Samir Məmmədov Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, Şuşa-Xankəndi, Xankəndi-Xocalı, Ağdam-Xocalı-Xankəndi, Ağdam-Bərdə, Beyləqan-Füzuli-Şuşa, Horadiz-Şükurbəyli, Xocavənd-Xankəndi magistral fiber-optik kabel xətləri çəkilib və yaxud bu istiqamətdə işlərə başlanılıb.

"Həmçinin həmin ərazilərdə mobil rabitə şəbəkələrinin, o cümlədən 4-cü nəsil LTE baza stansiyalarının quraşdırılması istiqamətində işlər davam etdirilir. Qeyd olunan ərazilərdə ümumilikdə 300-ə yaxın mobil radio-baza stansiyası fəaliyyət göstərir. Nəticədə işğaldan azad olunmuş əraziləri 2G şəbəkəsi 90 %, 3G şəbəkəsi 87 %, 4G şəbəkəsi isə 79 % əhatə edir", - deyə nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi