Nazir müavini: "Hər bir kənd yüksək sürətli internetlə təmin ediləcək"
İKT
- 10 oktyabr, 2024
- 08:46
Bu ilin sonuna qədər Azərbaycanda hər bir kənd yüksək sürətli internetlə təmin ediləcək.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
"Bu da o deməkdir ki, artıq kifayət qədər yüksək sürətli internet inklüziv cəmiyyətin formalaşmasına təsir edəcək. Əlçatanlığa gəldikdə, internet paketsiz yanaşma da var ki, bu da bizim əsas hədəflərimizdən biridir. Əsas məqsəd bütün vətəndaşlarımızı əhatə etməkdir. Onlara əsasən rəqəmsal xidmətlərə çıxış təmin edirik. İnternet paketsiz isə "Mygov" və "Sima" kimi platformalara çıxış təmin edirik. Bu da, atdığımız mühüm addımlardan biridir", - deyə o qeyd edib.
Son xəbərlər
08:01
Gədəbəy və Daşkəsənə qar yağıb - YENİLƏNİB
Ekologiya07:55
KİV: Yaxın günlərdə ABŞ-İran danışıqlarının ikinci raundu olacaq
Region07:39
"Azadlıq Donanması" Qəzza zolağına doğru istiqamətlənib
Digər ölkələr07:20
ABŞ ordusu Hörmüz boğazını bloklamağa hazırlaşır
Digər ölkələr07:01
Kuba Prezidenti: ABŞ ilə dialoq mümkün, lakin çətindir
Digər ölkələr06:42
Donald Tramp Roma Papası XIV Leonu tənqid edib
Digər ölkələr06:25
"Vaianu" siklonundan sonra Yeni Zelandiyanın Şimal adasında bərpa işləri aparılır
Digər ölkələr06:06
Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib
Digər ölkələr05:45