Nazir müavini: "Dövlət insan və texnoloji kapitalın inkişafında maraqlıdır"

Nazir müavini: "Dövlət insan və texnoloji kapitalın inkişafında maraqlıdır" "Dövlət rəqəmsal transformasiyanın əsas birləşdirici həlqəsi və hərəkətverici qüvvəsi olaraq idarəçiliyin keyfiyyətinin artırılmasında, insan və texnoloji kapitalın inkişafında və ölkənin dünya bazarlarında rəqabət qabiliyyətinin artırılmasında maraqlıdır
İKT
16 Sentyabr , 2022 13:19
Nazir müavini: Dövlət insan və texnoloji kapitalın inkişafında maraqlıdır

"Dövlət rəqəmsal transformasiyanın əsas birləşdirici həlqəsi və hərəkətverici qüvvəsi olaraq idarəçiliyin keyfiyyətinin artırılmasında, insan və texnoloji kapitalın inkişafında və ölkənin dünya bazarlarında rəqabət qabiliyyətinin artırılmasında maraqlıdır".

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

"Bir sıra ölkələrdə vətəndaşlara rəqəmsal xidmət göstərən internet resurslarının sayı milyonlarladır. O cümlədən dövlətə məxsus internet resurslarının sayı külli miqdardadır. Məsələn, hesabatlar göstərir ki, Avstraliya hökumətinin azı 7 milyon, Britaniya hökumətinin 9 milyon, Kanada hökumətinin 9 milyon, ABŞ Federal hökumətinin azı 79 milyon dövlət internet resursu vətəndaşlara xidmət edir. Bundan əlavə vətəndaşlar dövlət xidmətlərinin çeşidinin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsində - xərclərin azaldılmasında maraqlıdır. Özəl sektor isə rəqəmsal transformasiyanın aktiv iştirakçısı kimi biznes məqsədləri üçün istifadə edilən texnoloji resurslara çıxış əldə edilməsi məqsədini güdür", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi