Nazir müavini: "Azərbaycan kreativ texnologiyalar sahəsində nadir təcrübə toplayıb"

Nazir müavini: "Azərbaycan kreativ texnologiyalar sahəsində nadir təcrübə toplayıb" Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan kreativ texnologiyalar sahəsində nadir təcrübə toplayıb.
İKT
25 Oktyabr , 2018 16:59
Nazir müavini: Azərbaycan kreativ texnologiyalar sahəsində nadir təcrübə toplayıb
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərbaycan kreativ texnologiyalar sahəsində nadir təcrübə toplayıb".

“Report” xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

“Azərbaycanda yenilikçi təşəbbüslərə xüsusi diqqət yetirilir. Ölkə iqtisadiyyatını şaxələndirməyə çalışırıq. Bizdə startaplar dəstəklənir”, - deyə o qeyd edib. 

E.Vəlizadə Azərbaycanın kosmik proqrama malik olduğunu da xatırladıb: “Biz fəzaya üç peyk göndərmişik. Bu da Azərbaycan kimi inkişaf etməkdə olan ölkə üçün mühüm nailiyyətdir”.

Nazir müavini ölkədə orta və kiçik biznesin əksər hissəsinin elektron üsulla qeydiyyata alındığını, əhalinin 86%-nin internet istifadəçisi olduğunu, bunların arasında öz biznesini dəstəkləyən və inkişaf etdirənlərin mühüm yer tutduğunu vurğulayıb. E.Vəlizadə İKT sahəsində orta və kiçik biznesin artdığını, ona xidmət göstərən texnoparkların yaradıldığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi