Nazir müavini: “ASAN Xidmət”lə sərhədlər müəyyən etmişik”

Nazir müavini: “ASAN Xidmət”lə sərhədlər müəyyən etmişik” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin köhnə rəhbərliyi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) arasında bəzi məsələlərə dair fikir ayrılığı olub.
İKT
27 Yanvar , 2022 13:10
Nazir müavini: “ASAN Xidmət”lə sərhədlər müəyyən etmişik”
Report

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin köhnə rəhbərliyi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) arasında bəzi məsələlərə dair fikir ayrılığı olub, amma sərhədləri müəyyən etmişik”

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

“Artıq iki qurum arasında danışıqlar olub və sərhədlər müəyyən edilib, “qırmızı xətlər” çəkilib”. Həmin məsələlərdən biri "Open data" layihəsi ilə bağlıdır. Müəyyən olunub ki, onu biz həyata keçirəcəyik və hazırda nazirliyə məxsus “Azintelecom” MMC müvafiq strategiya hazırlayır. Bunun nə kimi əhəmiyyəti var? Biz şirkətlərdən soruşuruq ki, xəritə üzərində niyə bizim yerləri erməni adları ilə qeyd etmisiniz. Onlar da deyirlər ki, bizə “Open data” verin. Onun olmamasə bizə problem yaradır. Bundan başqa, iki qurum arasındakı əlaqələrin normallaşmasının bariz nümunəsi olaraq “Fərdi məlumatlar haqqında” qanun layihəsinin hazırlanmasını göstərmək olar”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi