Nazir: “Maliyyə texnologiyalarının genişləndirilməsində startaplar mühüm rol oynayır”

Nazir: “Maliyyə texnologiyalarının genişləndirilməsində startaplar mühüm rol oynayır” “Azərbaycanda innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür”.
İKT
30 May , 2019 10:42
Nazir: “Maliyyə texnologiyalarının genişləndirilməsində startaplar mühüm rol oynayır”

“Azərbaycanda innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür”.

"Report" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Monex Caspian Summit"də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, maliyyə texnologiyaların genişləndirilməsində startaplar mühüm rol oynayır.

“Buna görə də, nazirlik startaplara qrantlar ayırır. “İdeyadan Biznesə” layihəsi bunu nümunədir. Həmçinin İnnovasiyalar Agentliyi yaradılıb. Bu da startaplara dəstəkdir. Bununla yanaşı, nazirliyin Data Mərkəzi ölkədə yeni trendlərə dəstək ola bilər”, - R.Quluzadə qeyd edib.

Nazir kibertəhlükəsizliyin mühüm əhəmiyyətə malik olduğunu da vurğulayıb: “Kibertəhlükəsizliklə bağlı strategiyanın hazırlanmasına dair işlər aparılır”. 

Son xəbərlər

Orphus sistemi