Naxçıvanın mobil rabitə xidmətinin dəyəri bir ildə 1 %-dən çox artıb

İKT
  • 24 dekabr, 2021
  • 06:33
Naxçıvanın mobil rabitə xidmətinin dəyəri bir ildə 1 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 55 milyon 566,6 min manat olub.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 6,8 % çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 41 milyon 831,5 min manat təşkil esib və bir il öncəyə nisbətdə 1,4 % artıb.

44 filmi