Naxçıvanda daha iki nazirliyin saytları “gov.az” zonasına köçürülüb

Naxçıvanda daha iki nazirliyin saytları “gov.az” zonasına köçürülüb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin və Mədəniyyət Nazirliyinin elektron informasiya resursları yeni “njustice.gov.az” və "nculture.gov.az" domen adları ilə “AzStateNet”
İKT
23 May , 2023 17:46
Naxçıvanda daha iki nazirliyin saytları “gov.az” zonasına köçürülüb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin və Mədəniyyət Nazirliyinin elektron informasiya resursları yeni “njustice.gov.az” və "nculture.gov.az" domen adları ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Bu barədə “Report”a Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, nazirliklərin rəsmi internet saytları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.

Ədliyyə Nazirliyinin yeni hazırlanmış internet səhifəsinin təhlükəsizliyinin təmin edilməsi, axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.

Mədəniyyət Nazirliyinin yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.

"Həmçinin, saytların domen ünvanları da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin ediləcək", - məlumatda deyilir.

Qeyd edək ki, muxtar respublikada 12 dövlət qurumunun rəsmi internet səhifəsi "AzStateNet" şəbəkəsinə köçürülüb, digər qurumlarında internet səhifələri yenilənməkdədir ki, onların da audit yoxlamaları aparıldıqdan sonra köçürülməsi həyata keçiriləcəkdir. Bunlarla yanaşı, bir sıra qurumlar isə “gov.az” domeninə bağlı e-poçt adresləri ilə də təmin olunublar.

Son xəbərlər

Orphus sistemi