Naxçıvanda bu il 300-dən artıq elektron imza sertifikatı verilib

Naxçıvanda bu il 300-dən artıq elektron imza sertifikatı verilib Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə 302 elektron imza sertifikatı təqdim edilib.
İKT
2 Sentyabr , 2023 12:30
Naxçıvanda bu il 300-dən artıq elektron imza sertifikatı verilib

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə 302 elektron imza sertifikatı təqdim edilib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə elektron imza sertifikatı 1 vətəndaşa, 6 sahibkara, 64 hüquqi şəxsə, 231 dövlət qurumuna verilib.

Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 manat, dövlət qurumları üçün 58 manat, sahibkarlar üçün 36 manat, vətəndaşlar üçün isə 18 manat təşkil edir. Elektron imzanın istifadə müddəti 3 ildir.

"Elektron imzadan bütün vətəndaşlar o cümlədən dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. İmzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi