Naxçıvanda 9 ayda 3 mindən çox abonent genişzolaqlı internetlə təmin olunub
- 06 oktyabr, 2023
- 11:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 3 234 abonent genişzolaqlı internetlə təmin olunub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən bildirilib.
Məlumata görə, 9 ayda GPON texnologiyası əsasında, “Evədək optika” layihəsi çərçivəsində 49 abonentə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
Bu işlər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində də həyata keçirilib, eyni zamanda istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb.
Bundan başqa, hesabat dövründə Naxçıvanda 1 263 abonent yeni stasionar telefon xətti ilə təmin olunub.