Naxçıvanda 24 mln manatlıq informasiya və rabitə xidməti göstərilib

Naxçıvanda 24 mln manatlıq informasiya və rabitə xidməti göstərilib Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur
İKT
12 İyun , 2021 09:42
Naxçıvanda 24 mln manatlıq informasiya və rabitə xidməti göstərilib

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də 23,9 milyon manatlıq informasiya və rabitə xidməti göstərilib.

“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Hesabat dövründə Naxçıvanda 17,7 milyon manatlıq mobil rabitə xidməti göstərilb ki, bu da, illik müqayisədə 1,2 % çoxdur.

Son xəbərlər

Orphus sistemi