Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir Müasir dünyada gender bərabərliyinə can atmaq və müxtəlif sənaye sahələrində lider qadınların yetişdirilməsinə daha çox sərmayə qoymaq vacibdir.
İKT
3 May , 2024 11:48
Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir

Müasir dünyada gender bərabərliyinə can atmaq və müxtəlif sənaye sahələrində lider qadınların yetişdirilməsinə daha çox sərmayə qoymaq vacibdir.

“Report” xəbər verir ki, bunu “Euronews”a müsahibəsində “Azərkosmos”un Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova deyib.

“Azərkosmos”da işləməkdən çox qürur duyuram. Bu gün agentliyimiz 40-dan çox ölkədə 200-dən çox müştəriyə coğrafi məlumat və video xidmətləri göstərir. Bu xidmətlər ətraf mühitin idarə olunmasında, iqlim dəyişikliyinin təsirlərinin monitorinqində və dövlət siyasətinin formalaşdırılmasında kömək edir”, - o vurğulayıb.

Karyera yüksəlişindən danışan N.Həsənova cəmiyyətdə gender bərabərliyinin qorunmasının vacib olduğunu qeyd edib: “Azərkosmos”da çalışmağa başlayan zaman texniki menecer rolunun öhdəsindən uğurla gələn qadınlarla tanış oldum. Bu, mənə kişilərin üstünlük təşkil etdiyi bu sahədə uğurun əldə edilə biləcəyinə inandırdı”.

Qeyd edək ki, o, 10 nəfərlik komandaya rəhbərlik edir. Onun sözlərinə görə, bu, bərabərliyi və fikir plüralizmini təbliğ edir.

Son xəbərlər

Orphus sistemi