NASA yenidən helikopterinin Marsa ilk uçuşunu təxirə saldı

NASA yenidən helikopterinin Marsa ilk uçuşunu təxirə saldı “Ingenuity” helikopterinin Marsda ilk uçuşu aprelin 14-dən tez olmayacaq
İKT
180
11 Aprel , 2021 04:38
NASA yenidən helikopterinin Marsa ilk uçuşunu təxirə saldı

“Ingenuity” helikopterinin Marsda ilk uçuşu aprelin 14-dən tez olmayacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

Əvvəlcə uçuş aprelin 8-ə təyin edilib, daha sonra onun vaxtını aprelin 11-ə keçiriblər.

"Cümə gecəsi “Ingenuity Mars” helikopterindən alınan məlumatlara əsasən NASA ilk sınaq uçuşunu 14 aprel tarixinə qədər təxirə salmaq qərarı verdi", - NASA-dan bildirilib. Agentlik cihazın işlək vəziyyətdə olduğunu qeyd edib.

Daha əvvəl “Perseveranse”lə Marsa kiçik helikopter çatdırılıb. NASA cihazın köməyi ilə planeti bir neçə metr hündürlükdən araşdırmağı planlaşdırır.

Hesab edilir ki, belə dronla Marsın həyat izlərinin ola biləcəyi uzaq mağaralarına giriş mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi