ABŞ Milli Kosmik və Aviasiya Agentliyi (NASA) payızın əvvəlində UNO kimi tanınan naməlum hava hadisələri ilə bağlı araşdırmalara başlamaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə qurumun
Komanda "səmada təyyarə və ya məlum təbiət hadisələri kimi müəyyən edilə bilməyən hadisələr - elmi baxımdan" haqqında məlumat toplayacaq. NASA qeyd edib ki, tədqiqat mövcud məlumatların identifikasiyası, onların necə toplanılması və bu hadisələrin elmi şəkildə dərk olunması üçün istifadə edilməsinə yönələcək.
"Atmosferdəki naməlum hava hadisələri həm milli təhlükəsizlik, həm də uçuş təhlükəsizliyi üçün maraqlıdır", - NASA-dan bildirilib.
Tədqiqat qrupuna Nyu Yorkdakı Saymons Fondunun prezidenti və əvvəllər Prinston Universitetində astrofizika departamentinin sədri olmuş astrofizik Devid Sperqel rəhbərlik edəcək.
Qeyd edək ki, ötən ay Pentaqon rəsmiləri konqresmenlərə ABŞ hərbi texnikasının Uçan Naməlum Obyektlərlə (NUO-UFO) toqquşması ilə bağlı on bir hadisə barədə məlumat veriblər.
Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin alt komitəsində keçirilən açıq dinləmədə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat üzrə direktor müavini Skot Breydən Amerika hərbi texnikasının UNO-larla toqquşması hallarının olub-olmaması soruşulub. “Bizim heç bir toqquşmamız olmayıb. Ancaq bunun az qala baş verdiyi ən azı on bir hadisə var idi”, - Pentaqon rəsmisi bildirib.
Ötən il isə Milli Kosmik və Aviasiya Agentliyinin (NASA) direktoru Bill Nelson bildirib ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Uçan Naməlum Obyektlər (NUO-UFO) haqqında yayımlanan hesabatının gizli versiyasını görüb və orada UNO-ların varlığına açıq şəkildə işarə edilib.
O, kainatda insanlardan başqa ağıllı varlıqların olduğuna və dünya ilə əlaqə quracaqlarına inandığını söyləyib.