“Nar” Tərtərdə 4G şəbəkəsini qurub
- 22 oktyabr, 2018
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 oktyabr. REPORT.AZ/ Ölkənin əngənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdəsürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti regionmərkəzi Tərtər oldu. Bununla da Tərtər sakinləri keyfiyyətli və yüksək sürətlimobil rabitə xidmətləri ilə təmin edilir.
Hazırda“Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətləgenişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılanşəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsiilə əhatə olunub. “Nar” il ərzində 570-ə yaxın 4G, 140-dan çox 3G texnologiyasıilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirməişlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1500-ükeçib. 3G baza stansiyalarının sayı 2600-ün üzərindədir. İlin sonuna qədər isəmobil operator ümumilikdə 1700-dən çox 4G-LTE texnologiyalı baza stansiyasınıistifadəyə verməklə LTE texnologiyasının əhatə dairəsini genişləndirməyi nəzərdə tutub.
4G keyfiyyəti ilə yanaşı, “Nar”ın təklif etdiyi sərfəli qiymətlərabunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.“Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internetxidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü iləmüqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 minnəfərə çatıb.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon”şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısabir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcışirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasınıtəqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar”şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq bazastansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrininmüqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətləriningöstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları testxidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib vəsınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.